FAYDA × AQAT Silver - Dəyərli görüşdən beynəlxalq əməkdaşlığa - FOTOLAR

Hit: 497
FAYDA × AQAT Silver - Dəyərli görüşdən beynəlxalq əməkdaşlığa - FOTOLAR
FAYDA İş Adamları Platforması və AQAT Silver mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə 30-dan çox sahibkarın iştirakı ilə Alove restoranında xüsusi səhər yeməyi görüşü keçirildi.
 
Tədbirin əvvəlində FAYDA İdarə Heyətinin üzvü Asif Eyyublu giriş sözü ilə çıxış edərək FAYDA-nın fəaliyyəti, sahibkarları bir araya gətirən missiyası və yeni əməkdaşlıq imkanları haqqında məlumat verdi.
 
Daha sonra AQAT Silver-in təsisçisi və rəhbəri Aslan bəy qiymətli daşlar haqqında geniş və maraqlı təqdimat edərək bu sahənin özəllikləri, dəyəri və incəlikləri barədə sahibkarlarla fikirlərini bölüşdü.
 
Görüşə Portuqaliya və Çindən olan qonaqların da qatılması tədbirə xüsusi rəng qatdı. Beynəlxalq qonaqlar tərəfindən FAYDA-nın hər iki ölkədə xoşməramlı səfiri kimi qəbul edilməsi platformanın beynəlxalq əlaqələrinin inkişafı baxımından əlamətdar hadisə oldu.
 
Səmimi atmosferdə keçən görüşdə sahibkarlar arasında yeni tanışlıqlar quruldu, fikir mübadiləsi aparıldı və gələcək əməkdaşlıqlar üçün mühüm əlaqələr yaradıldı.
 
FAYDA — Azərbaycanın sahibkarlarını dünyaya, dünyadakı sahibkarları isə Azərbaycana yaxınlaşdıran bir platformadır.
 
FAYDA × AQAT Silver
 
Dəyərli insanlar. Dəyərli əlaqələr. Dəyərli əməkdaşlıqlar.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi