Vüsal Qurbanov Beynəlxalq Sığorta Forumunda iştirak edib

Hit: 175
Vüsal Qurbanov Beynəlxalq Sığorta Forumunda iştirak edib
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib. 
 
O, forum çərçivəsində təşkil olunan “Qanunvericiliyin inkişaf və transformasiya istiqamətləri” mövzusunda müzakirə panelinin spikerlərindən biri olub.
 
Vüsal Qurbanov çıxış zamanı səmərəli və dayanıqlı tənzimləmə çərçivəsinin formalaşdırılmasında nəzərə alınmalı əsas məqamlar, eləcə də Azərbaycanda sığorta sektorunun inkişafı və dayanıqlılığının gücləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən strateji təşəbbüslər barədə məlumat verib.
Baş direktor həmçinin sığorta sektorunda prudensial tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və beynəlxalq qabaqcıl təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərə toxunub, bu çərçivədə Azərbaycanın sığorta sektorunda prudensial tənzimləmə rejiminin “Solvency II” beynəlxalq standartlarına uyğunlaşdırılması üzrə həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
 
Qeyd edək ki, sığorta sahəsinin nəzarət qurumları, assosiasiyaları və sığorta şirkətlərinin 200-ə yaxın nümayəndəsini bir araya gətirən forumun əsas məqsədi sektor üzrə hüquqi çərçivələr, yeni yanaşmalar və əməkdaşlıq imkanlarını müzakirə etmək olub.






Redaktorun seçimi