Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir

Hit: 155
Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir
Türk Hava Yollarının (THY) İrana bütün uçuşları dayandırdığı barədə yayılan xəbərlərə İran Mülki Aviasiya Təşkilatından münasibət bildirilib.
 
Modern.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əhvən bu barədə açıqlamasında mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
 
Onun sözlərinə görə, THY artıq 8 aydır İrana heç bir uçuş həyata keçirmir.
 
“THY 8 aydır İrana heç bir uçuş həyata keçirməyib. Hazırda aktiv uçuş olmadığına görə reyslərin ləğvi və ya dayandırılması kimi bir vəziyyətdən söhbət gedə bilməz”, – deyə Əhvən bildirib.
 
Məcid Əhvən mediada yayılan spekulyativ xəbərlərin mövcud uçuş vəziyyəti ilə uyğun gəlmədiyini vurğulayıb.
 
Qeyd edək ki, bu gün Türkiyə mediasında THY və AJet-in İran reyslərini 2027-ci ilin martına qədər planlaşdırmadığı, “Pegasus”un isə İran reyslərini rezervasiya sistemindən çıxardığı barədə məlumatlar yayılıb. Şirkətlər tərəfindən bu məlumatlarla bağlı rəsmi açıqlama verilməyib.






Redaktorun seçimi