“Express Experience” Yay Təcrübə Proqramı - Uğurla başa çatıb

Hit: 164
“Express Experience” Yay Təcrübə Proqramı - Uğurla başa çatıb
“Expressbank”ın gənclərin peşəkar inkişafına və bank sektorunda praktiki təcrübə qazanmasına dəstək məqsədilə həyata keçirdiyi “Express Experience” Yay Təcrübə Proqramı başa çatıb.
 
Proqrama müraciət edən 2000 namizəd arasından seçim mərhələlərini uğurla keçən 22 gənc təcrübə proqramına cəlb olunub. İştirakçılar proqram müddətində bankın müxtəlif istiqamətlərində fəaliyyət göstərərək nəzəri biliklərini real iş mühiti ilə birləşdirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və bank sektorunun iş prinsiplərini yaxından öyrənmək imkanı əldə ediblər.
 
Təcrübə müddətində gənclər “Expressbank”da real iş mühitini yaxından tanıyıb, müxtəlif layihə və tapşırıqların icrasında iştirak edib, bankın peşəkar əməkdaşlarının təcrübəsindən faydalanıblar. Proqram çərçivəsində iştirakçılar komanda işi, effektiv ünsiyyət, analitik düşüncə, təşəbbüskarlıq və digər peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
 
Təcrübə müddətində fəallığı, peşəkar yanaşması və fəaliyyət nəticələri ilə seçilən bir neçə iştirakçı artıq “Expressbank”da işlə təmin olunaraq komandaya qoşulub. Daha 6 iştirakçı isə öz istəkləri əsasında təcrübə müddətini davam etdirir. Sözügedən iştirakçılar bankda müvafiq vakansiya yarandığı təqdirdə işə qəbul üçün dəyərləndirilə bilərlər.






Redaktorun seçimi