AİB Direktorlar Şurasının üzvləri Bakı Metropolitenində
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana qrup səfəri çərçivəsində Bakı Metropoliteninin “Nizami” stansiyasında olublar. Qonaqlara stansiyanın memarlıq xüsusiyyətləri, milli ornamentlər və buradakı incəsənət nümunələri barədə məlumat verilib, həmçinin “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi” üzrə həyata keçiriləcək işlər təqdim edilib.
Səfər zamanı qonaqlar Bakı Metropoliteninin şəhər nəqliyyatının mühüm hissəsi olmaqla yanaşı, Azərbaycanın mədəni və tarixi irsinin ayrılmaz parçası olduğunu da yaxından müşahidə ediblər.
Sonda Bakı metropoliteninin inkişafı istiqamətində birgə əməkdaşlığın yaratdığı imkanlar yüksək qiymətləndirilib.





























































