Absheron Hotel Group Şamaxıda Meysari Grand Hotel & Spa-nın açılışını elan edib.

Hit: 173
Absheron Hotel Group Şamaxıda Meysari Grand Hotel & Spa-nın açılışını elan edib.
PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group Şamaxıda Meysari Grand Hotel & Spa-nın açılışını elan edib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Şamaxıda PAŞA Real Estate Qrup-a daxil olan və Absheron Hotel Group-un portfelinə yeni qoşulan Meysari Grand Hotel & Spa sentyabrın 17-də rəsmi olaraq açılışı baş tutub.
 
Şamaxının üzüm bağları və təbiət mənzərələri ilə əhatə olunan Meysari Grand Hotel & Spa müasir otelçilik, yerli kolorit, qastronomiya, sağlamlıq və istirahət, eləcə də tədbir imkanlarını vahid məkanda bir araya gətirir.
 
Otel 204 otaq və 20 villa, fərqli qastronomiya konsepsiyaları, eləcə də geniş istirahət və tədbir imkanları ilə regionda yeni kurort təcrübəsi təqdim edir.
Meysari Grand Hotel & Spa hazırda ilk qonaqlarını qəbul etməyə hazırlaşır və bununla da Şamaxının qonaqpərvərlik sektorunda yeni mərhələnin əsasını qoyur.






Redaktorun seçimi