Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

Hit: 154
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
Ağdaş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
 
İclasda Şura üzvləri, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
 
İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Orxan Hüseynzadə gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
 
Gündəlikdə duran birinci məsələ ilə bağlı rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini-Memarlıq-tikinti məsələləri sektorunun müdiri Mahmud Çərkəzov şəhərsalma və memarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
 
Daha sonra əhalinin sağlamlığının qorunması məsələsi müzakirə olunub. Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İntiqam İbrahimov  rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin təşkili ilə bağlı görülmüş işlər barədə məlumat verib. 
 
İclasın üçüncü məsələsi rayon üzrə taxıl biçini sahəsinə həsr olunub. Məsələ ilə bağlı Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fərhad Əliyev çıxış edərək taxıl biçini kampaniyasının gedişi, görülmüş işlər və əldə olunan nəticələr barədə danışıb.
 
Sonda rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






Redaktorun seçimi