Dövlət Gömrük Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Hit: 186
Dövlət Gömrük Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Sentyabrın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əsgərxanlı ilə növbəti görüş keçirib.
 
Görüşdə gömrük işi sahəsində innovativ layihələrə dair müzakirələr aparılıb, eyni zamanda peşəkar kadrlara yaradılan imkanlar, onların potensialının gücləndirilməsi, o cümlədən idarəçilik bacarıqlarının təkmilləşdirilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.
 
Həmçinin görüş zamanı fərdi inkişaf planları, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi