“Unibank”ın İdarə Heyətində dəyişiklik olub
“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti sədrinin müavini, icraçı direktorun birinci müavini, baş əməliyyat inzibatçısı Heybət Qədirov öz ərizəsi əsasında tutduğu vəzifədən ayrılıb.
“Unibank” rəhbərliyi və səhmdarları Heybət Qədirova fəaliyyəti dövründə bankın inkişafına verdiyi töhfələrə, peşəkar fəaliyyətinə və uzunmüddətli əməkdaşlığına görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.
Qeyd edək ki, H.Qədirov 2008-ci ildən “Unibank” komandasına qoşulmuşdu. Bankdakı fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışıb və maliyyə-bank sektorunda peşəkar idarəetmə təcrübəsi ilə seçilib.




























































