AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb

Hit: 162
AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.
 
Faktor.az xəbər verir ki, sənəd iki qurum arasında inkişaf əməkdaşlığının genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, təcrübə və bilik mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
 
Anlaşma Memorandumu Azərbaycan və Türkiyənin beynəlxalq inkişaf sahəsində əməkdaşlığının daha da möhkəmləndirilməsinə və tərəfdaş ölkələrdə birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.






Redaktorun seçimi