"FusionSolar Day Azerbaijan 2026" keçirilib
Bərpa olunan enerji sahəsində müasir texnologiyaların, innovativ həllərin və dayanıqlı enerji gələcəyinin müzakirə edildiyi “FusionSolar Day Azerbaijan 2026” tədbiri baş tutub.
Huawei FusionSolar, Photomate və Marsol Group-un partnyoru olan HELIND şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə günəş enerjisi sektorunun inkişaf perspektivləri, müasir enerji həlləri və sahədə tətbiq olunan yeni texnologiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Marsol Group-un partnyorları da iştirak edərək enerji sektorundakı yeniliklərlə tanış olub, yeni texnologiyalar və əməkdaşlıq imkanları barədə dəyərli məlumatlar əldə ediblər.
Bərpa olunan enerji mənbələrinin inkişafı və innovativ texnologiyaların tətbiqi dayanıqlı gələcəyin formalaşdırılmasında mühüm rol oynayır. Bu istiqamətdə keçirilən belə tədbirlər isə sektor nümayəndələri arasında əməkdaşlığın və yeni imkanların genişlənməsinə töhfə verir.


































































