Pitçinq mərhələsinə keçən layihələrlə infosessiya təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) keçirdiyi 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nin pitçinq mərhələsinə vəsiqə qazanan layihələrin nümayəndələri ilə infosessiya keçirilib.
Görüş çərçivəsində layihələr barədə Seçim Komissiyasının rəyləri, irad və təklifləri səsləndirilib, onların daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara müsabiqənin növbəti mərhələsində uğurlar arzulanıb.

































































