“Murovdağ” gəmisi 33 günlük okean səfərini davam etdirir

Hit: 158
“Murovdağ” gəmisi 33 günlük okean səfərini davam etdirir
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Murovdağ” quru yük gəmisi növbəti beynəlxalq səfərini həyata keçirir.
 
Gəmi Çilinin Antofaqasta limanından Belçikanın Antverpen limanına doğru hərəkət edir. Ümumilikdə 33 gün davam edəcək səfərin 17 günü geridə qalıb. “Murovdağ” bu müddət ərzində dünyanın mühüm dəniz yollarından biri olan Magellan boğazından keçib və hazırda Atlantik okeanında marşrutunu davam etdirir.
“Murovdağ” Antofaqasta limanından 33 134 ton sink yükü götürüb. 
Gəminin Cənubi Amerikadan Avropaya uzunməsafəli okean marşrutu üzrə hərəkəti ASCO donanmasının Xəzər hövzəsindən kənarda beynəlxalq yükdaşımalarında iştirakının növbəti nümunəsidir.
 
Qeyd edək ki, fasiləsiz üzmə qabiliyyəti olan “Murovdağ” gəmisinin yükgötürmə qabiliyyəti 38 min tondur. Gəminin maksimal sürəti 14,3 uzel təşkil edir. Uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, maksimal suya oturumu isə 10,47 metrdir. “Murovdağ”ın optimal suya oturumu onun tam yük şəraitində bir sıra dayaz limanlara rahat daxil olmasına imkan verir.






Redaktorun seçimi