Naxçıvanda “Panorama Residence” və “Ümid Park”ın təqdimat mərasimi keçirilib
Naxçıvanda Cahan İnşaat MMC-nin yeni layihələri olan “Panorama Residence” və “Ümid Park”ın təqdimat mərasimi keçirilib.
Tədbirdə layihələrin konsepsiyası, müasir memarlıq həlləri və sakinlərin rahatlığı üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib. Bildirilib ki, hər iki layihə Naxçıvanda müasir yaşayış mühitinin formalaşdırılmasına və şəhərin inkişafına töhfə verməyi hədəfləyir.
Təqdimat mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov, eləcə də digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə, həmçinin, tərəfdaş bankların rəhbər şəxsləri, ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Səlcuq Dəmir iştirak ediblər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov da iştirak edib.





































































