Müstəqim Məmmədov Dəmirçilər kəndində kənd ağsaqqalı Zəqəm Ağayevi evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Rüfət Məmmədov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində kənd ağsaqqalı, uzun illər Dəmirçilər kənd İƏD üzrə nümayəndə vəzifəsində işləmiş Zəqəm Ağayevi evində ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
Səmimi şəraitdə keçən görüşdə Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə yaşlı nəslin nümayəndələrinə, eləcə də uzun illər dövlətçiliyimizə səmərəli xidmət etmiş ağsaqqallara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayıb. İcra başçısı Zəqəm Ağayevin çoxillik səmərəli fəaliyyətini xüsusi qeyd edib. Gənclərin vətənpərvərlik tərbiyəsində ağsaqqalların mühüm rol oynadığını bildirərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Görüşdə kənd ağsaqqalı Zəqəm Ağayev kənd sakinlərinə, xüsusilə də yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.





































































