Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı sənaye müəssisələrində görülən işlərlə tanış olub

Hit: 152
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı sənaye müəssisələrində görülən işlərlə tanış olub
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon ərazisində həyata keçirilən sənaye layihələri ilə tanış olmaq məqsədilə bir sıra istehsal müəssisələrində olub, görülən işlərin mövcud vəziyyəti və icra prosesi ilə maraqlanıb.
 
RİH başçısı Pirallahı Sənaye Parkında yaradılmaqda olan yeni istehsal müəssisələrinə baxış keçirib. Bildirilib ki, hazırda Park ərazisində əczaçılıq və tibbi təyinatlı məhsulların istehsalı üzrə yeni müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilir. Baxış zamanı aparılan tikinti-quraşdırma işlərinin gedişi, istehsal sahələrinin təşkili və müəssisələrin fəaliyyətə hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib.
 
RİH başçısı yeni istehsal müəssisələrinin yaradılmasının rayonun sənaye potensialının gücləndirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, həyata keçirilən layihələrin vaxtında və keyfiyyətlə başa çatdırılmasının, yeni iş yerlərinin yaradılmasının və yerli sakinlərin məşğulluq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Daha sonra RİH başçısı rayon ərazisində inşa olunan balıqyetişdirmə zavoduna baxış keçirib, tikinti işlərinin gedişi ilə tanış olub. Müəssisədə görülən işlər və layihənin növbəti mərhələləri barədə məlumat verilib.






Redaktorun seçimi