Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit

Hit: 166
Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit
Şəhərin prestijli yaşayış komplekslərindən biri olan Baku City Residences şirkətinə aid BCR Khatai və BCR Olimpik kompleksində yerləşən çıxarışlı qeyri-yaşayış sahələrini Xalq Bankın təqdim etdiyi sərfəli biznes krediti şərtlərindən yararlanaraq əldə etmək mümkündür.
 
Bu imkan həm yeni biznesə başlamaq, həm də mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlverişli seçimdir.
 
Kompleksdə təqdim olunan tam təmirə hazır obyektlər ofis, mağaza, xidmət sahəsi və digər kommersiya fəaliyyəti üçün əlverişli seçimdir. Rahat yerləşmə, inkişaf edən infrastruktur və biznes mühiti sahibkarlar üçün əlavə üstünlüklər yaradır.
 
Kredit sərfəli şərtlərlə 72 ayadək müddətə təklif edilir. Ətraflı məlumatla tanış olmaq  və kreditdən yararlanmaq üçün Baku City Residences şirkətinə (tel.: 121)  və ya Xalq Bankın filiallarına müraciət etmək mümkündür.






Redaktorun seçimi