“Xaliq Faiqoğlu” daha bir marşrut xəttini yenilədi
Sentyabrın 1-dən 199 saylı müntəzəm marşrut xətti üzrə avtobusların hamısı yenilənəcək.
Faktor.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan xətt üzrə müasir standartlara cavab verən iritutumlu “İveco” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Xətt üzrə 22 avtobus 6-7 dəqiqəlik intervalla sərnişinlərin istifadəsində olacaq ki, bu da Xırdalan şəhəri istiqamətində ictimai nəqliyyat şəraitinin yaxşılaşdırılmasına əlavə töhvə verəcək.
199 saylı müntəzəm marşrut xətti üzrə avtobusların tamamilə yenilənməsi Bakı Mühəndislik Universitetinin tələbələrinin daha sürətli və komfortlu daşınmasını da təmin edəcək.


































































