Agentlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib

Hit: 167
Agentlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib
Mentorluq Proqramı çərçivəsində qalibin fərdi inkişaf planı və bu istiqamətdə həyata keçiriləcək fəaliyyət müzakirə olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşünü keçirib.
 
Görüşdə öncəki mentorluq sessiyasında müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilən fəaliyyətlər müzakirə olunub, fərdi inkişaf planı üzrə əldə edilən nəticələrə nəzər salınıb. Bununla yanaşı, idarəetmə və liderlik bacarıqlarının, strateji yanaşma və effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri Mentorluq Proqramı çərçivəsində bir il müddətində fərdi inkişaf proqramında iştirak edirlər.






Redaktorun seçimi