Özbəkistan nümayəndə heyəti Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə tanış olub

Hit: 172
Özbəkistan nümayəndə heyəti Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə tanış olub
Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasını ziyarət edib.
 
Nümayəndə heyətinə Komissiyanın fəaliyyəti, tibbi-sosial ekspertiza xidmətinin təşkili və bu istiqamətdə tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verilib.
 
Qonaqlar tibbi-sosial ekspertizanın həyata keçirilməsi prosesi, vətəndaş müraciətlərinin qəbulu və qiymətləndirilməsi, eləcə də xidmətlərin təşkili ilə yerində tanış olublar.
 
Görüş zamanı tibbi-sosial ekspertiza sahəsində həyata keçirilən islahatlar, müasir yanaşmalar və qabaqcıl təcrübələrin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və tibbi-sosial ekspertiza sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.






Redaktorun seçimi