Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib
Ötən il SOCAR strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif seqmentlərində mövqeyini gücləndirib və investisiya imkanlarını dəyərləndirərək yeni bazarlara açılıb. Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələr arasında inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının effektiv idarə olunması, eləcə də innovativ və rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib.
Faktor.az xəbər verir ki, 2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir.
SOCAR-ın gəlirləri 2025-ci ildə 1,9 faiz artaraq 84,7 milyard manatdan 86,3 milyard manata yüksəlib.
Ümumi mənfəət 70,5 faiz artaraq 7,39 milyard manatdan 12,61 milyard manata çatıb. Gəlirlərin 1,9 faiz artdığı dövrdə mənfəətin bu səviyyədə yüksəlməsi xərclərin optimallaşdırılması və daha səmərəli əməliyyat fəaliyyətinin maliyyə nəticələrinə müsbət təsirini əks etdirir.
































































