Latviya nümayəndə heyəti ilə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində müzakirələr aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının Rifah Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Nazirliyin Əmək siyasəti şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Latviya Respublikasının Rifah Nazirliyinin nümayəndələri iştirak ediblər.
Azərbaycan və Latviya tərəfləri əmək münasibətlərinin tənzimlənməsi, bu sahədə xidmətlərin rəqəmsallaşdırılması və əməyin mühafizəsi istiqamətində görülən işlərə dair təqdimatlarla çıxış ediblər.
Görüşdə əməyin ödənişi sistemi, əmək münasibətlərində rəqəmsal həllərin tətbiqi, əməyin təhlükəsizliyi norma və standartları, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, eləcə də uşaq əməyinin qarşısının alınması sahəsində görülən işlər müzakirə olunub.
Qeyd olunan istiqamətlər üzrə hər iki ölkənin qanunvericiliyi və mövcud təcrübəsi barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.































































