Azərbaycanda doğum sayı 100 minin altına düşdü - 10 ildə 42% azalma

Hit: 401
Azərbaycanda doğum sayı 100 minin altına düşdü - 10 ildə 42% azalma
Azərbaycanda doğulan uşaqların sayı son 10 ildə 70 mindən çox azalıb və illik doğum sayı 100 min nəfərin altına düşüb.
 
2015-ci ildə ölkədə 166 min 210 uşaq doğulmuşdu. 2025-ci ildə isə doğulanların sayı 95 min 875 nəfər təşkil edib. Beləliklə, 10 il ərzində Azərbaycanda illik doğum sayı 70 min 335 nəfər və ya 42,3% azalıb.
 
Azalma 0 yaşlı uşaqların sayında da özünü göstərir. 2016-cı ilin əvvəlində Azərbaycanda 166,2 min nəfər 0 yaşlı uşaq olduğu halda, 2026-cı ilin əvvəlində onların sayı 95,1 min nəfərə düşüb. Bu, 10 ildə 42,8%-lik azalma deməkdir.
 
Statistika göstərir ki, 2010–2015-ci illərdə 160–176 min civarında dəyişən illik doğum sayı sonrakı dövrdə davamlı olaraq aşağı düşüb.
 
Doğumların azalması uzunmüddətli perspektivdə uşaq geyimi, qida, fərdi qulluq, təhsil və pediatriya kimi uşaqların sayından birbaşa asılı olan bazarlarda potensial müştəri bazasının böyümə tempini zəiflədə bilər.
Banker.az






Redaktorun seçimi