Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Hit: 178
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun aylarında 3,3 milyon manatlıq məhsul istehsal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74% faiz artıb.

Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.

Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.







Redaktorun seçimi