Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb

Hit: 167
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN Xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 28 lisenziya verilib.
 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıb.
 
Cari ilin 7 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4061 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 94,1 min manat vəsait daxil olub.






Redaktorun seçimi