Prime Cotton MMC-nin Baş İcraçı direktoru Gəncə Tekstil" şirkətində olub

Hit: 191
Prime Cotton MMC-nin Baş İcraçı direktoru Gəncə Tekstil" şirkətində olub
Prime Cotton MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə və rəhbər heyət Gəncəyə səfər çərçivəsində "Gəncə Tekstil" şirkətinin nümayəndələri ilə görüşüb və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.
 
Görüş zamanı iplik və tekstil ekosisteminin inkişafı, yeni təcrübələrin bölüşdürülməsi, yerli xammal potensialından daha səmərəli istifadə, eləcə də xammaldan son məhsula qədər istehsal zəncirinin gücləndirilməsi imkanları müzakirə edilib.
 
Tərəflər mövcud təcrübə və imkanların birləşdirilməsinin regionda tekstil sənayesinin inkişafına verə biləcəyi töhfə ətrafında fikir mübadiləsi aparıb, gələcək əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
 
Səfər çərçivəsində rəhbər heyət Prime Cotton-un Gəncədə yerləşən istehsal müəssisəsinə də baş çəkiblər. Hazırda fəaliyyət göstərməyən müəssisənin mövcud vəziyyəti ilə tanış olunub, onun yenidən canlandırılması, yeni investisiyaların cəlb edilməsi və istehsal fəaliyyətinin bərpası perspektivləri nəzərdən keçirilib.
Bu istiqamətdə atılan addımlar Cənab Prezident İlham Əliyevin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi prioritetlərə, regionlarda iqtisadi fəallığın və istehsal potensialının artırılması istiqamətində çağırışlarına uyğun olaraq Prime Cotton-un həyata keçirdiyi fəaliyyətlərin davamıdır.
Məqsəd pambıqdan hazır məhsula qədər dəyər zəncirini gücləndirmək, yeni əməkdaşlıqlar və investisiyalar vasitəsilə regionlarda istehsal potensialının inkişafına töhfə verməkdir.






Redaktorun seçimi