Üzgüçülük idman növü üzrə rayon turniri keçirilib
Saatlı rayonunda yeniyetmələr arasında üzgüçülük idman növü üzrə rayon turniri keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında üzgüçülük idman növü üzrə turnir keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, üzgüçülük idman növünün kütləviləşdirilməsi, təbliği və təşviqi, həmçinin idmançıların yarış təcrübəsinin artırılmasıdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib gələn idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar



































































