Avtomobil sahiblərinə təkərlərlə bağlı yeni sığorta imkanı

Hit: 150
Avtomobil sahiblərinə təkərlərlə bağlı yeni sığorta imkanı
“A-Qroup Sığorta Şirkəti” ASC avtomobil sahiblərinə təkərlərin sığortalanması xidmətini təqdim edir.
 
Şirkətin məlumatına görə, təkər şinləri avtomobilin yol səthi ilə təmasda olan yeganə ehtiyat hissəsi olduğundan, yolda təhlükəsizlik və rahatlıq quraşdırılan şinlərin keyfiyyətindən asılıdır.
 
Şinlərin seçimində avtomobil sahiblərinə “Radius” Avtomobil Təkər Mərkəzi dəstək göstərə bilər. “Radius” Avtomobil Təkər Mərkəzindən alınan şinlər “A-Qroup” tərəfindən sığortalanır.
 
Sığorta təminatına minik nəqliyyat vasitələrinə quraşdırılan “B” kateqoriyasına aid 2 (iki), 4 (dörd) və ya 5 (beş) yeni şindən ibarət dəstlər qəbul olunur.
 
Şirkət bildirir ki, sığorta təminatı yalnız təkər şininin ciddi şəkildə deformasiyaya uğraması və zədələnməsi nəticəsində şinin tamamilə məhv olması hallarına şamil edilir.
 
“A-Qroup”un təqdim etdiyi təkər sığortası avtomobil sahiblərinə yeni şinlərin ciddi zədələnməsi və tamamilə məhv olması ilə bağlı risklərə qarşı əlavə maliyyə təminatı əldə etmək imkanı yaradır.






Redaktorun seçimi