“Fitch Ratings”: Kapital tələblərinin sərtləşdirilməsi bank sisteminin sabitliyini gücləndirir

Hit: 292
“Fitch Ratings”: Kapital tələblərinin sərtləşdirilməsi bank sisteminin sabitliyini gücləndirir
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib.
 
Agentliyin 11 avqust 2026-cı il tarixli qiymətləndirməsində müvafiq tədbirlərin bankların dayanıqlığını gücləndirəcəyi bildirilir.
 
“Fitch” qeyd edir ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır. Yeni tələblərə uyğunluğun 2027-ci ilin yanvar ayından etibarən təmin edilməsi nəzərdə tutulur.
 
Agentlik sistem əhəmiyyətli banklar üzrə kapital tələblərinin (əlavə 1-4% kapital buferi) diferensial şəkildə müəyyənləşdirilməsini, bütövlükdə, bank sisteminin sabitliyini müsbət amil kimi qiymətləndirir.
 
Dəyişikliklər, eyni zamanda, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital (AT1) alətlərinin tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir. Bununla yanaşı, kapitalın keyfiyyətinə dair tələblər beynəlxalq standartlara daha da uyğunlaşmanın təmin edilməsinə xidmət edir






Redaktorun seçimi