Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Hit: 158
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bu gün Bakının Səbail və Xəzər rayonlarının bir hissəsinin qazla təchizatında fasilə yaranacaq.
 
Faktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Məlumata görə, Səbail rayonunda və "Qaz İxrac" İdarəsi tərəfindən Xəzər rayonunda aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.






Redaktorun seçimi