“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Xızı oldu

Hit: 151
“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Xızı oldu
Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Xızı rayonu olub. 
 
Səyyar Gənclər Xidməti 10-14 avqust tarixlərində Xızı gəncləri üçün xidmət göstərəcək.
 
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Xızıdakı açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Açılış mərasimində Xızı Rayon İcra Hakimiyyətinin Sənəd dövriyəsi və inzibati işlər şöbəsinin müdiri Ceyhun İsgəndərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova iştirak ediblər. Rəsmi çıxışlar zamanı layihənin region gənclərinin şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələrdən bəhs olunub.
 
Rəsmi hissədən sonra qonaqlar və iştirakçılar Səyyar Gənclər Xidmətinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, gənclər üçün təşkil olunan müxtəlif xidmət və imkanlar barədə ətraflı məlumat əldə ediblər.






Redaktorun seçimi