Şəhid baş leytenant Mirzə Novruzovun məzarı ziyarət olunub

Hit: 162
Şəhid baş leytenant Mirzə Novruzovun məzarı ziyarət olunub
Hərbi Memorial Kompleksdə aprel döyüşləri şəhidi baş leytenant Novruzov Mirzə Səlvər oğlunun doğum günündə məzarı ziyarət olunub. YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Əsgərov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
 
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən aprel döyüşləri şəhidi baş leytenant Novruzov Mirzə Səlvər oğlu şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Redaktorun seçimi