Şərqi Zəngəzurun ilk qadın kooperativi yaradıldı
"Çiçək" İstehsal-İstehlak Qadın Kooperativi Ağalı kəndində yaşayan 25 qadını öz ətrafında birləşdirir. Fəaliyyət istiqamətləri meyvə və tərəvəz məhsullarının emalı, meyvələrin qurudulması, ev şəraitində qənnadı məhsullarının hazırlanması, kənd turizmi xidmətləri, ev yeməklərinin hazırlanması, cücələrin yetişdirilməsi və bağ məhsullarının istehsalı olan birlik "Aqrosahibkar qadınlarla iş" layihəsi çərçivəsində təsis edilib.

































































