Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib

Hit: 161
Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib
Balakən Gömrük İdarəsində  Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi, Tibbi Xidmət İdarəsi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin nümayəndələri və Balakən Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.  
 
Çıxış edənlər insan alverinin yaratdığı təhlükələr, cinayət növünə qarşı mübarizənin əhəmiyyəti və gömrük orqanlarının bu sahədəki rolu barədə ətraflı məlumat verib, maarifləndirmə işinin əhəmiyyətini vurğulayıblar.
 
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi