Ordubadda yüksəksürətli internet olacaq!

Hit: 275
Ordubadda yüksəksürətli internet olacaq!
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq, muxtar respublikada rəqəmsal infrastrukturun yenilənməsi və müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən muxtar respublikanın şəhər və kəndlərində müasir GPON (Qiqabit Tutumlu Optik Şəbəkə) texnologiyası əsasında fiber-optik şəbəkə qurulur.
 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda Naxçıvan şəhərinin əksər prospekt, küçə və məhəllələrində, Şərur rayon mərkəzində, Maxta, Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində, həmçinin Kəngərli, Culfa və Ordubad rayon mərkəzlərində bu istiqamətdə mühüm işlər həyata keçirilir.
 
Ordubad şəhərində Heydər Əliyev prospekti, Fətəli Axundov və Cəlil Məmmədquluzadə küçələrində yeraltı fiber-optik kabel xətlərinin çəkilişi intensiv şəkildə davam etdirilir. Optik kabel çəkilmiş yaşayış binalarında optik paylayıcı qutuların quraşdırılması, eləcə də drop kabellərin mənzillərə çəkilməsi işlərinə başlanılıb.
 
Yaxın vaxtlarda Ordubad şəhərində yüzlərlə abonentin GPON texnologiyası vasitəsilə keyfiyyətli və yüksəksürətli internet xidmətindən istifadəsi təmin ediləcək.
 
Layihənin əsas məqsədi muxtar respublikanın bütün yaşayış məntəqələrində müasir, dayanıqlı və əlçatan rəqəmsal infrastruktur formalaşdırmaq, əhalinin yüksəksürətli internetə çıxış imkanlarını genişləndirməkdir.






Redaktorun seçimi