“Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimlərinə start verildi!
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimləri çərçivəsində “Kibertəhlükəsizlik modulu üzrə ilk təlim baş tutub.
Təlim “Ümumi kibertəhlükəsizlik: Kibertəhlükəsizliyə giriş” mövzusuna həsr olunub. Təlim zamanı iştirakçılara kibertəhlükəsizliyin əsas prinsipləri, rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, kibertəhdidlərdən qorunma üsulları və şəxsi məlumatların mühafizəsi ilə bağlı ətraflı məlumat verilib.
Təlim MilliSec şirkətinin direktoru Zaur Qasımovun təqdimatında baş tutub.



































































