Marsol Group və İCMA-nın birgə təşkilatçılığı ilə Şamaxıda görüş baş tutub - FOTOLAR

Hit: 274
Marsol Group və İCMA-nın birgə təşkilatçılığı ilə Şamaxıda görüş baş tutub - FOTOLAR
28 iyul tarixində İşgüzar Şamaxı səfəri çərçivəsində 40-a yaxın Marsol Group partnyorunun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə görüşü baş tutub.
 
Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək rayonda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, investisiya mühitinin yaxşılaşdırılması və biznes fəaliyyətinin genişləndirilməsi üçün yaradılan imkanlardan bəhs edib.

Bildirilib ki, Şamaxının turizm, kənd təsərrüfatı, üzümçülük, şərabçılıq və digər iqtisadi sahələr üzrə potensialı regionun inkişafı üçün mühüm perspektivlər yaradır.
 
Həmçinin, Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək Marsol Group-un sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi və regionlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, bu cür görüşlərin dövlət–özəl sektor əməkdaşlığının inkişafına və yeni biznes tərəfdaşlıqlarının formalaşmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
 
Tədbir çərçivəsində sahibkarlar fəaliyyət istiqamətləri barədə məlumat verərək fikir mübadiləsi həyata keçiriblər.
 
Sonda Marsol Group tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova xatirə hədiyyəsi təqdim olunub.
1
1
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi