Aqrar sahənin inkişafı istiqamətində fermer və sahibkarlarla görüşlər davam etdirilir

Hit: 156
Aqrar sahənin inkişafı istiqamətində fermer və sahibkarlarla görüşlər davam etdirilir
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Füzuli rayonunda aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, istehsal imkanlarının artırılması və fermer-sahibkarların fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ərazisində fəaliyyət göstərən fermer və sahibkarlarla görüşlər keçirərək təsərrüfatların fəaliyyəti, əkin sahələrinin vəziyyəti və kənd təsərrüfatı istehsalının təşkili ilə bağlı məsələlərlə tanış olmuşdur.
Görüşlər zamanı torpaq və su resurslarından səmərəli istifadə, müasir aqrotexniki üsulların tətbiqi, məhsuldarlığın yüksəldilməsi, mövcud problemlərin aradan qaldırılması və yeni istehsal imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
 
Daha sonra rayon rəhbəri “EDEN AGRO” MMC-nin istifadəsində olan torpaq sahələrinə baxış keçirmiş, müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi, əkin sahələrində aparılan aqrotexniki tədbirlər və təsərrüfatın fəaliyyət istiqamətləri ilə tanış olmuşdur.






Redaktorun seçimi