Sumqayıt Sənaye Parkında yeni şirkət - 18,5 milyon manatlıq layihə, 100 yeni iş yeri

Hit: 157
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18,5 milyon manatlıq layihə, 100 yeni iş yeri
“FT Uerxauzinq Kompani” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.  
 
Faktor.az xəbər verir ki, investisiya dəyəri 18,5 milyon manat olan qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır. 
 
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən park ərazisinə 5,7 milyard manatdan çox investisiya yatırılıb və nəticədə 6000-dən artıq daimi iş yeri yaradılıb.






Redaktorun seçimi