Qusarda kənd təsərrüfatının inkişafına dair şura iclası keçirilib

Hit: 171
Qusarda kənd təsərrüfatının inkişafına dair şura iclası keçirilib
Qusar Rayon İcra Hakimiyyətində kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul olunmuş və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının müzakirəsinə həsr olunmuş şura iclası keçirilib. İclasda qarşıdakı illərdə kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlər, hazırlanacaq fəaliyyət planı, aidiyyəti qurumlar qarşısında duran vəzifələr, eləcə də sahənin inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
 
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək Dövlət Proqramının əhəmiyyətindən danışıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Həmçinin Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İkram Tumarxanov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov, iri təsərrüfat rəhbərləri və sahibkarlar çıxış edərək proqramın icrası, kənd təsərrüfatının inkişaf perspektivləri və mövcud imkanlarla bağlı fikirlərini bölüşüblər.
 
İclasın yekununda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə bağlı tövsiyələr səsləndirilib.






Redaktorun seçimi