Marsol Group partnyorları arasında işgüzar görüşlər davam edir - FOTOLAR
Marsol Group partnyorları arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis və istehsalat ziyarətləri davam edir.
İyulun 21-də Marsol Group partnyorları istehsalat ziyarəti çərçivəsində “Almond Cake and Bakery" mağazasında qonaq olub.
İlk öncə iştirakçılar çay süfrəsi ətrafında fəaliyyət istiqamətləri, təqdim etdikləri məhsul və xidmətlər barədə məlumat mübadiləsi aparıb, potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında sahibkarları məlumatlandırıb.
Daha sonra "Almond Cake and Bakery"nin həmtəsisçiləri Əli İsgəndərov və Tural Hüseynov mağazaların fəaliyyəti və yeni məhsulları barədə ətraflı məlumat verib.
Görüşün yekununda isə qonaqlar şirkətin istehsalat sahəsini ziyarət edib, daha sonra mağazadakı məhsul çeşidləri ilə tanış olublar.
Nəzərinizə çatdıraq ki, "Almond Cake and Bakery" mağazalarının fərqləndirici xüsusiyyəti, sahələrində peşəkarlığı ilə seçilən ustalar tərəfindən hazırlanan şirniyyatların xüsusi reseptlərə əsaslanmasıdır. Bu prosesdə yalnız təzə və yüksək keyfiyyətli inqrediyentlərdən istifadə olunur ki, bu da şirniyyatların unikal və dadlı olmasını təmin edir. Mağazalarda, həmçinin, dietik, şəkərsiz və qlütensiz şirniyyatlar da mövcuddur.

































































