Qusar rayonunda taxıl biçini uğurla davam edir

Hit: 171
Qusar rayonunda taxıl biçini uğurla davam edir
Qusar rayonunda taxıl biçini mütəşəkkil şəkildə davam etdirilir. Biçin mövsümünün itkisiz və operativ həyata keçirilməsi məqsədilə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi yanında yaradılmış qərargah tərəfindən yerlərdə mütəmadi monitorinqlər aparılır, fermerlərlə görüşlər keçirilir və biçin prosesinin gedişi nəzarətdə saxlanılır.
Cari ildə rayonda 18875,6 hektar taxıl sahəsi əkilib. Bu günə artıq 12420 hektar sahədə biçin işləri uğurla başa çatdırılıb ki, bu da ümumi əkin sahələrinin 65,8% təşkil edir. Biçilmiş sahələrdən 32585,8 ton məhsul əldə olunub. Orta məhsuldarlıq isə hər hektardan 26,2 sentner təşkil edir.
 
Hazırda rayonda 67 kombayn biçin prosesinə cəlb olunub. Hava şəraitinin əlverişli keçəcəyi təqdirdə, avqust ayının birinci həftəsində taxıl biçininin tam başa çatdırılması gözlənilir. 






Redaktorun seçimi