Qaxda taxıl biçini yekunlaşmaq üzrədir

Hit: 181
Qaxda taxıl biçini yekunlaşmaq üzrədir
Ölkənin ərzaq təhlükəsizliyi iqtisadi və milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. 
 
Respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. 
 
Ölkəmizin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik sahələrdən biri də taxılçılıqdır.
 
Hazırda respublikanın taxıl əkilən bütün bölgələrində biçinin mütəşəkkil qaydada başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir.    
O cümlədən, rayonumuzda da 2026-cı ilin məhsulu üçün 5521 ha arpa, 7989 ha buğda olmaqla ümumilikdə 13510 hektar sahədə payızlıq əkin aparılmışdır. Bu günədək, 5516 hektar arpa sahəsində, 6028 hektar isə buğda sahəsində olmaqla ümumilikdə  rayon üzrə 10 min 872 hektar taxıl sahəsində biçin aparılmış, həmin sahələrdən 13 min 533 ton məhsul istehsal olunmuşdur. Hər hektardan arpa üzrə orta məhsuldarlıq 36.3 sentner, buğda üzrə isə 37.5 sentner təşkil etmişdir. 
 
Yekunlaşmaqda olan taxıl sahələrində hazırda 46 kombayn işləyir, onlardan 7-si “Aqrolizinq”ASC-nin rayon bölməsinin balansında olan kombaynlardır. Eyni zamanda məhsulun vaxtında və itkisiz yığılması üçün “Aqrolizinq”ASC-nin rayon bölməsi tərəfindən digər rayonlardakı bölmələrdən əlavə olaraq 12 kombayn dislokasiya edilib. Biçin prosesində, həmçinin hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 27 kombayn da iştirak edir. 






Redaktorun seçimi