“Cybershark” komandası CSS-2026 CTF yarışında II yerin qalibi olub

Hit: 151
“Cybershark” komandası CSS-2026 CTF yarışında II yerin qalibi olub
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində təşkil olunan CTF (Capture the Flag) yarışında “cybershark” komandası II yerə layiq görülüb.
 
Komandanın üzvləri Bakı şəhəri, İstedad liseyinin şagirdi Kərəm Əkbərli, Bakı şəhəri, 23 saylı tam orta məktəbin şagirdi Zeyd İsmiyev, Yardımlı şəhəri, M.F.Axundov adına 1 saylı tam orta məktəbin şagirdi Mirsahib Səmədli və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Xəyyam Həsənov yarış ərzində yüksək nəticə göstərərək, II yerdə qərarlaşıblar.
 
Qeyd edək ki, CTF yarışının ssenarisi enerji sektorunda kibertəhlükəsizliyin təmin olunması mövzusuna həsr edilib. İştirakçılar real ssenarilər əsasında hazırlanmış praktiki tapşırıqları yerinə yetirməklə texniki biliklərini, analitik düşüncə və komanda işi bacarıqlarını nümayiş etdiriblər.






Redaktorun seçimi