DGK yanında İctimai Şura və Gömrük Təmsilçiliyi arasında görüş keçirilib

Hit: 163
DGK yanında İctimai Şura və Gömrük Təmsilçiliyi arasında görüş keçirilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şura və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında görüş keçirilib.
 
Görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, ticarətin asanlaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi, tranzit daşımalarının sürətləndirilməsi, nəqliyyat-logistika və gömrük təmsilçiliyi sahəsində aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Zakir Nuriyev sahəvi qurumlarla mütəmadi görüşlərin keçirildiyini bildirib və bunun müxtəlif fəaliyyət sahələrində vəziyyətin yaxından öyrənilməsi, dövlət-özəl əməkdaşlığının gücləndirilməsi və şəffaflığın artırılması baxımından əhəmiyyətini vurğulayıb.
 
AGTL sədri Vüsal Qasımov təmsil etdiyi qurumun fəaliyyəti, Azərbaycanda logistika və təchizat zənciri, yükdaşımalarla bağlı vəziyyət, gömrük sistemindəki təkmilləşdirilmələrin sərhədkeçmə və rəsmiləşdirilməyə təsirindən danışıb, təklif və rəylər səsləndirilib.






Redaktorun seçimi