Bələdiyyə sədrləri ilə görüş

Hit: 177
Bələdiyyə sədrləri ilə görüş
Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında bələdiyyə sədrləri ilə görüş təşkil olunub.
 
Görüşdə bələdiyyələrin fəaliyyətində mövcud problemlər, vətəndaş müraciətlərinin operativ baxılması, torpaq münasibətlərinin tənzimlənməsi, sənədləşmə prosesində yaranan çətinliklər, bələdiyyə xəritələrinin hazırlanması, vergi uçotu və digər aktual məsələlər geniş müzakirə olunub.
 
Bələdiyyə sədrləri tərəfindən səsləndirilən təklif və müraciətlər diqqətlə dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin görülməsinin, həmçinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun artırılmasının və qanunvericiliyin tələblərinə uyğun səmərəli fəaliyyətin təmin edilməsinin vacibliyi vurğulanıb.
 
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.






Redaktorun seçimi