Quru yük gəmiləri ilə daşımaların həcmi 34% artıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımaların həcmi 2026-cı ilin I yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 34% artıb.
2025-ci ilin I yarımilində bu tip gəmilərlə 666 min 182 ton yük daşındığı halda, cari ilin müvafiq dövründə bu göstərici 894 min 305 tona çatıb.
Bu ilin ilk altı ayı ərzində ən yüksək aylıq nəticə mayda əldə olunub. Həmin dövrdə 200 min 910 ton yük daşınıb.
ASCO-nun donanmasında hazırda 16 quru yük gəmisi istismar olunur. Onlardan 14-ü universal, 2-si isə “Handysize” tipli quru yük gəmisidir.







































































