“Jet Cinema" şirkətində görüş olub
Marsol Group partnyorları arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri davam edir.
Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Jet Cinema" şirkətində qonaq olub. Görüş zamanı iştirakçılar fəaliyyət istiqamətləri, təqdim etdikləri məhsul və xidmətlər barədə məlumat mübadiləsi aparıb, potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Jet Cinema"nın təsisçisi və direktoru Vasif Muradbəyli çəkiliş və montaj üsulları, TV və film avadanlıqlarının satışı, şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Sonda şirkətin studiosu ziyarət edilib.
Nəzərinizə çatdıraq ki, "JetCinema" Media Mərkəzi media və film sahəsində peşəkar xidmətlər təqdim edən müasir bir platformadır. Nanlite, Swit, Godox, Viltrox, Selens, SmallRig və digər qabaqcıl markaların media, TV və film avadanlıqlarının satışını, icarəsini və servis xidmətini, həmçinin səhnə və tədbir avadanlıqlarının (monitorlar, işıq sistemləri, səs avadanlıqları və s.) təminatını həyata keçirir.








































































