Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətləri açıqlanıb
Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlar üçün bu növ sığorta xidməti göstərən şirkətlərin siyahısı açıqlanıb. “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) məlumatına görə Yaşıl Kart sistemi üzrə İSB-nin iştirakçıları olan sığorta şirkətləri aşağıdakılardır:
“Atəşgah” Sığorta Şirkəti ASC;
“Azərbaycan Sənaye Sığorta” ASC;
“Meqa Sığorta” ASC;
“Paşa Sığorta” ASC;
“Qala Sığorta” ASC;
“Xalq Sığorta” ASC.
İSB bildirir ki, Yaşıl Kart sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Qeyd edək ki, Yaşıl Kart sistemi nəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən şəxslər üçün beynəlxalq səviyyədə tanınan icbari sığorta təminatını əhatə edir.




































































