Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici buklet hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanmasının təşviqi istiqamətində maarifləndirmə fəaliyyətini davam etdirir. Bu çərçivədə “Qeyri-formal məşğulluğa son qoyaq” adlı maarifləndirici buklet hazırlanaraq DVX-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Bukletdə qeyri-formal məşğulluğun mahiyyəti, sosial nəticələri, əmək müqaviləsi olmadan işə cəlb edilmənin hüquqi məsuliyyəti, qanunvericiliyin tələbləri, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət mexanizmləri və qeyri-rəsmi məşğulluqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilir. Vətəndaşların qeyri-formal məşğulluq halları barədə vergi orqanlarını məlumatlandırması üçün mövcud müraciət üsulları da bukletdə izah olunub.
Bukletlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:




































































